Ukrayna: "Biz ittihamları rədd edirik"
    • 23-03-2024, 09:18
    • 139

Ukrayna: "Biz ittihamları rədd edirik"

Ukrayna Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bəzi Rusiya rəsmiləri sözügedən terror hücumunda Ukraynanın əli olduğu iddialarına reaksiya verib.

News24.az xəbər verir ki, nazirliyin bəyanatında aşağıdakı ifadələrdən istifadə olunub:

“Ukrayna Xarici İşlər Nazirliyi Rusiya rəsmilərinin Moskva yaxınlığındakı Crocus City Hall konsert zalına silahlı hücumda Ukraynanın əli olması ilə bağlı ittihamlarını qətiyyətlə rədd edir”.

Bəyanatda ölkələrinə qarşı irəli sürülən ittihamlar “Kremlin təxribatı” kimi qiymətləndirilib və aşağıdakılar qeyd edilib:

“Biz bu cür ittihamları Rusiya cəmiyyətində anti-Ukrayna isteriyasını daha da qızışdırmaq, Rusiya vətəndaşlarının dövlətimizə qarşı cinayətkar təcavüzdə iştirak etmək üçün daha da səfərbər edilməsinə şərait yaratmaq və Ukraynanın gözündə nüfuzdan salmaq məqsədi ilə Kreml tərəfindən planlaşdırılmış təxribat hesab edirik”.

Daha əvvəl Rusiya xüsusi xidmət orqanlarının ölkədəki "qanlı təxribatların" təşkilatçıları olmaqda ittiham olunduğu bəyanatda deyilir: "Putinin diktaturasının qırmızı xətləri yoxdur. Necə ki, o, raket hücumları, artilleriya atəşləri nəticəsində minlərlə dinc ukraynalını öldürüb. Ukraynaya qarşı müharibədə atəş və işgəncə, siyasi zorakılıqla öz vətəndaşlarını da öldürdü".

Nazirlik beynəlxalq ictimaiyyəti Ukraynaya kömək etməyə dəvət edib.

Günel Məlikzadə