-
- 23-03-2024, 16:20
- 234
Bəzi çaylarda qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında martın 25-i günün birinci yarısında, 26-sı günün ikinci yarısında qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara bölgələrində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyinin 15-20 m/s, 26-sı gündüzdən 27-si səhərədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.