Yəmən sahillərində gəmiyə hücum edildi
    • 23-03-2024, 00:37
    • 10

Yəmən sahillərində gəmiyə hücum edildi

Naməlum şəxslər Yəmən sahillərində gəmiyə yeni hücum edib.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi məlumat yayıb (UKMTO) bildirib.

Məlumatda qeyd edilib ki, Yəmənin Əl-Muxa şəhərindən 23 dəniz mili şərqində insident barədə məlumat verilib. Bununla belə, məlumata əlavə edilmiş xəritədə qeyd olunan sahil şəhərinin qərbində yerləşən bir nöqtə göstərilir.

"Hakimiyyət orqanları hadisə ilə bağlı şəraiti müəyyən etmək üçün araşdırma aparır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - deyə bildirilib.