40 yaxın avtomobil toqquşdu: ölən və yaralananlar var
    • 25-03-2024, 20:22
    • 110

40 yaxın avtomobil toqquşdu: ölən və yaralananlar var

Almaniyada Vürzburq şəhəri yaxınlığındakı avtobanda 40-a yaxın avtomobilin iştirakı ilə irimiqyaslı qəza baş verib, nəticədə 2 nəfər ölüb, daha 27 nəfər yaralanıb. 

News24.az xəbər verir ki, bu barədə dpa məlumat yayıb.

Polisin məlumatına görə, qəza nəticəsində 52 yaşlı qadın və iki yaşlı uşaq hadisə yerində dünyasını dəyişib. Qurbanlar arasında bir uşaq da var.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ötən gün yolun sulu hissəsində qısa müddət ərzində üç qəza baş verib. İlk qəzalar silsiləsində 17 avtomobil iştirak edib.

Bundan dərhal sonra bir neçə yüz metr arxada digər avtomobillər dayanmış avtomobillərə çırpılıb. Toqquşma nəticəsində 3 avtomobil yanıb. Qadın və azyaşlı uşaq dünyasını dəyişib. Təxminən yarım saat sonra üç avtomobilin də iştirakı ilə daha bir qəza baş verib.

Mehriban Mirzəzadə