Millət vəkili məmurlara SƏSLƏNDİ:
    • 26-03-2024, 12:57
    • 292

Millət vəkili məmurlara SƏSLƏNDİ: "Pomidor satın..."

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası Aksaray Millət vəkili Ramazan Kaşlı təqaüdçülər və məmurlarla bağlı qalmaqallı açıqlama verib.

News24.az xəbər verir ki, bu barədə yerli Kanal 68 TV-nin "Gündem Özel" proqramında çıxış edən Kaşlı təqaüdçülərin və məmurların dövlətdən əlavə gəlir gözləməkdənsə, öz səyləri ilə əlavə iş görmələrinin lazım olduğunu deyib.

Kaşlı 80-ci illərdə həm məktəbdə dərs deyən, həm də işdən sonra əlavə iş görərək çörəkpulu qazanan müəllimləri misal olaraq göstərib. 

Vətəndaşlar dövlətdən gözləmək əvəzinə əlavə iş görməlidirlər deyən Kaşlı, "pomidor satıb ala biləcəklərini və ya oxşar işlərlə əlavə gəlir əldə edə biləcəklərini" təklif edib.

“Əvvəllər  müəllim məktəbdə işini bitirdikdən sonra simit və su satırdı. Çünki o vaxt maaş 100 lirə, kirayə isə 50 lirə idi. 80-ci illərdə biz də o dövrlərdən keçdik. Biz də vətəndaşlarımızdan xahiş edirik ki, dövlətdən gözləmək yerinə, ailə iqtisadiyyatına töhfə verəcək bir şey tapsınlar və çox çalışsınlar”,- deyə Kaşlı əlavə edib.

Mehriban Mirzəzadə