Dəhşətli QƏTL HADİSƏSİ: Ailə ÜZVLƏRİNİ ÖLDÜRDÜ
    • 26-03-2024, 13:53
    • 8 485

Dəhşətli QƏTL HADİSƏSİ: Ailə ÜZVLƏRİNİ ÖLDÜRDÜ

İstanbulun Tophane qəsəbəsindəki Nüsrətiyyə məscidində başına atəş açaraq canına qəsd edən şəxsin 10 gün əvvəl həbsdən məzuniyyətə çıxan 35 yaşlı Uğur Fəlay olduğu öyrənilib.

News24.az xəbər verir ki, onun Falayın Bahçelievlerdə yaşayan 58 yaşlı anası Hüsna Falay və 21 yaşlı bacısı İrem Falayı evlərində tapança ilə öldürdükdən sonra öz canına qıydığı məlum olub.

Jurnalist İsmail Saymaz Beyoğlunun Nusretiyyə məscidində bir nəfərin özünü öldürdüyünü açıqlayıb.

İsmayıl Saymaz, öz paylaşımında bildirib ki, məscid daxilində belə bir addım o qədər də adi bir hadisə deyil.

İstanbul valiliyindən verilən açıqlamada Falayın yanında gəzdirdiyi sənədsiz silahla canına qıydığı bildirilib.

Qubernatorluğun bəyanatı isə bildirilib ki, o, bu hadisədən öncə anasını və bacısını qətlə yetirib:

“Martın 25-də saat 10.40 radələrində cibgirlik, narkotik vasitələrdən istifadə, qəsdən yaralama və oğurluq kimi cinayətlərə görə ümumilikdə 20 cinayəti olan Uğur Falay yanında gəzdirdiyi sənədsiz silahla özünü öldürüb. Həmin şəxs üzərində aparılan araşdırma nəticəsində müəyyən edilib ki, 15 mart 2024-cü il və 25 mart 2024-cü il tarixləri arasında məzuniyyətə buraxılıb. Şəxsin ev ünvanına araşdırma aparılarkən, Uğur Fəlayın anası Hüsna Falay (58) və bacısı İrem Falay (21) yaşadıqları evdə ölü tapılıb. Evdən tapılan boş patronlara ilkin baxışlar nəticəsində iki qadının qətlində eyni silahdan istifadə edildiyi qənaətinə gəlinib. 7.65 kalibrli silahdan istifadə olunduğu hər iki hadisənin necə baş verdiyi cinayət araşdırmasından sonra bəlli olacaq”.

Günel Məlikzadə