Avropada terror qorxusu
    • 26-03-2024, 14:52
    • 95

Avropada terror qorxusu

Rusiyanın paytaxtı Moskvada baş verən terror hadisəsi Avropa ölkələrində panikaya səbəb olub.

News24.az xəbər verir ki, Fransada terror təhlükəsi xəbərdarlığı ən yüksək səviyyəyə qaldırılıb.

Paytaxt Parisdə polis qrupları Eyfel qülləsi və Luvr piramidası yaxınlığında nəzarəti gücləndirib.

Qeyd edək ki, İtaliyada da təhlükəsizlik səviyyəsi artırılıb.

İtaliya Daxili İşlər Nazirliyi Moskvadakı hücumun antiterror tədbirləri çərçivəsində diqqətlə təhlil edildiyini bildirib.

Təhlükəsizlik qüvvələrinin qatar stansiyaları, hava limanları, səfirliklər kimi həssas nöqtələrdə müşahidə və nəzarət fəaliyyətlərini gücləndirəcəyi qeyd edilib.

Günel Məlikzadə