Macarıstan Rusiya ilə Ukraynaya çağırış etdi -TƏCİLİ
    • 26-03-2024, 18:02
    • 125

Macarıstan Rusiya ilə Ukraynaya çağırış etdi -TƏCİLİ

Budapeşt tezliklə atəşkəs və Rusiya ilə Ukrayna arasında danışıqların başlanmasında israrlıdır.

News24.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Biz inanırıq ki, Rusiya bu müharibədə məğlub ola bilməz. Qərb Rusiyanın böyük qələbə qazanmasının qarşısını almaq üçün Kiyevə silah tədarükünü davam etdirir. Ona görə də bizim yanaşmamız ondan ibarətdir ki, atəşkəs və danışıqlar mümkün qədər tez bərqərar olunmalı və başlamalıdır. İstənilən halda danışıqlar olmalıdır. Danışıqlar nə qədər tez başlasa, atəşkəs bir o qədər tez əldə olunarsa, o qədər az insan həlak olar, daha az dağıntı və bərpaya ehtiyac bir o qədər az olacaq ", - deyə nazir qeyd edib.

Mehriban Mirzəzadə