Orxan Əliyev qəzada həyatını itirdi
    • 27-03-2024, 15:00
    • 510

Orxan Əliyev qəzada həyatını itirdi

Şəmkirdə yeniyetmə atasının maşınını aşırıb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Yeni həyat kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus "VAZ 21 012"markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Orxan Əliyev orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.