Avtobuslar toqquşdu: yaralılar var
    • 27-03-2024, 15:32
    • 138

Avtobuslar toqquşdu: yaralılar var

Rusiyada Kursk şəhərinin Dzerjinski küçəsində avtobusların toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Kursk vilayəti üzrə mətbuat xidmətindən məlumat verilib.

"Hadisə yerində 4 yol polisi briqadası işləyir. İlkin məlumata görə, 10 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. Həlak olanlardan 2-si azyaşlı olub", - məlumatda deyilir.

Regional Nəqliyyat Nazirliyinin məlumatına görə, 7 nəfər yüngül, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.

Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qırmızı Meydandan Mərkəzi Bazara doğru iki zolaq üzrə nəqliyyatın hərəkəti dayandırılıb.

Günel Məlikzadə