Almaniyada PKK təxribatı
    • 27-03-2024, 15:38
    • 141

Almaniyada PKK təxribatı

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin Hannoverdəki Baş Konsulluğuna hücumla bağlı Almaniyanın Ankaradakı səfiri ilə görüş keçirilib.

News24.az xəbər verir ki, Hannoverdə terror təşkilatı PKK-ya dəstək yürüşü keçirilib və 12 PKK tərəfdarı Hannover Baş Konsulluğuna gələrək binanın şüşələrini sərt əşyalarla sındırmağa cəhd ediblər.

Hücumçular Baş Konsulluğun əsas girişindəki şüşəni sındırdıqdan sonra sürətlə qaçıblar.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyə diplomatları Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğa hücumla bağlı dünən axşam Hannoverdə yerli hakimiyyət orqanları ilə görüşlər keçirib. Bu gün Ankarada Almaniyanın Ankaradakı səfiri Yurgen Şuls ilə görüş keçirilib.

Mənbələr Almaniyanın paytaxtı Berlində də belə bir hərəkətə cəhd ediləcəyini qeyd edib.

Günel Məlikzadə