Bakıda alpinisti döydülər -  CİNAYƏT İŞİ AÇILDI
    • 26-04-2019, 11:01
    • 1 081

Bakıda alpinisti döydülər - CİNAYƏT İŞİ AÇILDI

Bakıda idmançının döyülməsinə görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Xəzər rayonu ərazisində kişilər arasında Azərbaycanın alpinizm yığmasının üzvü Vadim Parxomenkoya qarşı fiziki zorakılıq əməli törədilib. Hadisəni törətmiş Qurbanov Musa Əfrail oğlu barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü, yəni ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır xzərər vurma maddəsi ilə iş açılıb.

Xəzər rayon Polis İdarəsində aparılan istintaq yekunlaşdırılıb və cinayət işinin materialları Xəzər Rayon Məhkəməsinə göndərilib. İşə hakim Tərlan Əkbərovun sədrliyi ilə baxılacaq.