Aynurə Mehdiyevanın faciəvi ÖLÜMÜ - Araşdırma aparılır
    • 27-03-2024, 17:21
    • 386

Aynurə Mehdiyevanın faciəvi ÖLÜMÜ - Araşdırma aparılır

Bakı şəhərinin Binəqədi rayonunda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.