Azərbaycanda bəzi ali məktəblərdə dərslər dayandırılıb
    • 26-04-2019, 11:15
    • 687

Azərbaycanda bəzi ali məktəblərdə dərslər dayandırılıb

“Formula-1” SOCAR Azərbaycan Qran-prisinin başlaması ilə əlaqədar Azərbaycanın bəzi ali məktəblərinin əsas korpuslarında dərslər dayandırılıb.

News24.az ONA-ya istinadən xəbər verir ki, bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir.

Hər 3 ali məktəbin mətbuat xidmətlərindən  verilən məlumata görə, adıçəkilən universitetlərin əsas korpusları “Formula-1” yarışının keçirildiyi əraziyə düşdüyü üçün tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb.