Nobel mükafatçısı dünyasını dəyişdi
    • 27-03-2024, 23:43
    • 137

Nobel mükafatçısı dünyasını dəyişdi


İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kaneman 90 yaşında vəfat edib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə “The Washington Post” alimin qızı Debora Treysmana istinadən məlumat yayıb.

Kaneman davranış iqtisadiyyatı və perspektiv nəzəriyyəsinin müəlliflərindən biri kimi tanınırdı. Bu nəzəriyyə qeyri-müəyyənlik və risk şəraitində qərar qəbul etməyi təsvir edir.

Həmçinin, Kaneman elmi araşdırmalar zamanı insanların son hadisələrin təsiri altında hərəkət etmək və tələsik nəticələr çıxarmaq ehtimalının daha çox olduğuna inanaraq, Homo ekonomikus (“iqtisadi insan”) konsepsiyasını fəal şəkildə tənqid etmişdi.