-
- 14-10-2023, 13:23
- 382
Nobel mükafatçısı dünyasını dəyişdi
2020-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş amerikalı şair Luiza Qlük 80 yaşında dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Əsərlərində ailə travmalarından bəhs edən Qlük kəskin, aydın və dürüst üslubu ilə ABŞ-ın ən məşhur şairləri sırasında idi.
Qeyd edək ki, o, 1992-ci ildə “Vəhşi Süsən” romanına görə Pulitser Mükafatını, 2014-cü ildə “Sadiq və Fəzilətli Gecə” romanına görə Milli Kitab Mükafatını qazanıb.
Ülkər