Namiq Abbasovla vida mərasimi keçirilir - FOTO
    • 28-03-2024, 13:51
    • 446

Namiq Abbasovla vida mərasimi keçirilir - FOTO

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovla vida mərasimi keçirilir.

News24.az  bildirir ki, mərasimində mərhumun ailə üzvləri, yaxınları iştirak edirlər. 

Vida mərasimindən sonra mərhum Nardaran qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov 84 yaşında vəfat edib.

Namiq Abbasov 1940-cı il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.

Səfir vəzifəsindən getdikdən sonra təqaüdə çıxıb.

Qumral