Sabiq nazir dəfn edildi - ÖZƏL VİDEO
    • 28-03-2024, 14:50
    • 495

Sabiq nazir dəfn edildi - ÖZƏL VİDEO

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov dəfn edilib.

News.az xəbər verir ki, o, Nardaran qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov 84 yaşında vəfat edib.

Namiq Abbasov 1940-cı il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.

Səfir vəzifəsindən getdikdən sonra təqaüdə çıxıb.


Qumral