-
- 28-03-2024, 15:52
- 326
"Qurani-Kərim"ə it bağı TAXDI - ŞOK OLAY
Hollandiyanın Arnhem şəhərində “Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı” (PEGIDA) adlı irqçi qrupun lideri Edvin Vaqensveld Qurani-Kərimə növbəti çirkin hücum həyata keçirib. Vaqensveld etdiyi çirkin əməldən sonra saxlanılıb.
News24.az xəbər verir ki, Edvin Vaqensveld şəhərə giriş qadağasına etiraz etmək üçün məhkəmədə iştirak etmək üçün gəldiyi Arnhemdə it bağı taxaraq Qurani-Kərimi küçədə sürüyüb. Daha əvvəl Qurani-Kərimə etdiyi hücumlara görə 6 ay müddətinə şəhərə girişi qadağan edilən Vaqensveld təxribat xarakterli hərəkətindən sonra saxlanılıb.
Polis Vaqensveldin Qurani-Kərimə etdiyi çirkin hücuma görə saxlanıldığını bildirib və onun nə vaxt sərbəst buraxılacağını açıqlamayıb.
Günel Məlikzadə