Yoldan keçənləri döyən yeniyetmələr TUTULDU
    • 28-03-2024, 17:44
    • 177

Yoldan keçənləri döyən yeniyetmələr TUTULDU

Rusiyanın Sankt-Peterburq şəhərində təsadüfi yoldan keçənlərə silsilə hücumlarda şübhəli bilinən şəxsləri saxlayıblar,

News24.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin məlumat yayıb.

Məlumata görə, şəhərin Krasnoqvardeyski rayonunda 3 gənc iki vətəndaşı döyüb.

Hücumlar martın 26-da səhər saatlarında baş verib - əvvəlcə yetkinlik yaşına çatmayanlar 28 yaşlı kişini döyərək qarət edib, ondan 6 min rubl pul alıblar, daha sonra gənclər 33 yaşlı şəhər sakininə hücum ediblər.

Saxlanılanların 16-17 yaş arasında olduğu, artıq hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açıldığı, istintaqın davam etdirildiyi bildirilir.

Mehriban Mirzəzadə