Bir qrup yeniyetmə lüks avtomobilləri oğurladı
    • 28-02-2024, 16:10
    • 143

Bir qrup yeniyetmə lüks avtomobilləri oğurladı

ABŞ-da yeniyetmələr avtosalonunu qarət edib və dayanacaqdan doqquz dəbdəbəli avtomobil oğurlayıblar.

News24.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, oğurluq səhər tezdən Çikaqoda baş verib. Yetkinlik yaşına çatmayanlar tərəfindən oğurlanan avtomobillərin məbləği təxminən 600 min dollar qiymətləndirilir. Polis indiyədək cinayətin iştirakçılarından yalnız birini saxlamağa nail olub. Onun 17 yaşlı yeniyetmə olduğu üzə çıxıb və onun avtomobili təqib zamanı qəzaya uğrayıb.

O, oğurluq və cinayət təşkilatında iştirakda ittiham olunub. 

Mehriban Mirzəzadə