Kişi arvadını və qızlarını güllələdi -DƏHŞƏT
    • 28-03-2024, 18:26
    • 164

Kişi arvadını və qızlarını güllələdi -DƏHŞƏT

Ötən gün Rusiyanın Stavropol diyarında kişi arvadını və iki uşağını güllələyib.

News24.az xəbər verir ki, bu barədə ölkə üzrə İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, qadın sağ qalıb və xəstəxanaya aparılıb. Hazırda o, son dərəcə ağır vəziyyətdə reanimasiyadadır və həkimlər onun həyatı üçün mübarizə aparırlar. Şübhəlinin azyaşlı qızları yerindəcə keçinib.

Hazırda İstintaq Komitəsinin regional qərargahının əməkdaşları hadisə yerinə baxış keçirib, qətli törədən silah, giliz və digər əşyalar götürüblər, bununla bağlı bir sıra məhkəmə-tibbi ekspertizalar təyin olunacaq.

Mehriban Mirzəzadə