İsrailin "Hannibal Protokolu" - ETİRAF
    • 29-03-2024, 21:45
    • 128

İsrailin "Hannibal Protokolu" - ETİRAF

İsrail televiziyasının 13-cü kanalına danışan Kapitan Bar Zonşeynin əsirləri hədəf aldığını etiraf etməsi, İsrailin7 oktyabrda araşdırma mövzusu olan əsir vətəndaşları, əsgərləri hədəf aldığı iddialarını təsdiqləyir.

News24.az xəbər verir ki, oktyabrın 7-də iki avtomobil aşkar etdiklərini ifadə edən Zonshein, “Maşınların kabinəsində çox adam var idi. Bilmədim onlar meyitdir, yoxsa canlı insanlar. Mən bu maşınlara hücum etmək qərarına gəldim" dedi.

“Bəlkə onları siz öldürmüsünüz, onlar sizin əsgərlərinizdir” sualına İsrail kapitanı “Doğrudur” deyib. 

Zonshein, məhbusların öldürülməsi ehtimalı ilə əlaqədar olaraq, "Mən doğru hərəkət etdiyimi hiss edirəm" deyərək, bu qərarın Hannibal Protokolunu həyata keçirmək üçün ordunun əmri olub-olmadığı sualına belə cavab verdi:

“Sərəncamda bir sıra əməliyyat tədbirləri görülməli idi. Mərkəzi toplantı və nəzarət məntəqələri atəşə tutulmalı, (onun öz əsgəri) aşkar edilərsə, bu iş (Hannibal protokolu) edilməli idi”.

Zonşeyn oktyabrın 7-də adamla dolu iki maşın vurduğunu etiraf etsə də, müsahibənin başqa bir hissəsində “(Əsir əsgərlər) bilirəm ki, onları vurmadıq” deyib.

Qeyd edək ki, o, ziddiyyətli açıqlamalar verib.

Günel Məlikzadə