Ağır qəzada ölənlərin kimliyi bilindi - YENİLƏNİB -
    • 30-03-2024, 10:45
    • 457

Ağır qəzada ölənlərin kimliyi bilindi - YENİLƏNİB -

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.

Belə ki, saat 22:30 radələrində Əliyev Asim Asiman oğlunun idarə etdiyi "Chevrolet Cobalt LTZ" markalı avtomobil dairəvi yolda "Socar" YDM-nin qarşısında idarəetməni itirərək yolun əks istiqamətinə keçib. Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus "VOLVO FH PC24-4*2" TIR-a çırpılıb. Nəticədə "Chevrolet"in sürücüsü Əliyev Asim Asiman oğlu və həmin avtomobildə olan sərnişin Mikayılov Ruslan Maşallah oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

--------

Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Chevrolet" markalı minik avtomobili və "Volvo" markalı yük avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.