“Baldırını, sinəsini açanları 3-5 minə...” - Şeyx onları biabır etdi
    • 30-03-2024, 12:22
    • 1 090

“Baldırını, sinəsini açanları 3-5 minə...” - Şeyx onları biabır etdi

“Bu gün dünyanın başının pozulduğu bir vaxtda biz bir xalq, bir millət olaraq soyumuza, kökümüzə qayıtmaq”.

News24.az xəbər verir ki, bunu Redaktor.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

O işib ki, ümumi dünyada it-bat olmaq istəmiriksə, televiziyaların eybəcər, iyrənc, gülünc, aşağılarına ehtiyac yoxdur:

"Buna qarşı ilk söz deyən, ilk mübarizəyə başladım. Üç nəfər, beş nəfər tullantı kimi baxdığımız, həşərat kimi baxdığımız, Azərbaycan xalqına nümunə ola bilməyəcək, ərin qoyan, arvadını qoyan, uşaqları qoyan, dədəsindən qaçanlar saatlarla niyə təbliğ edirlər? Nə öyrədirik?Abır, ismət deyilən şeydən niyə qaçırıq? Dünyanın başqa bir yerində, kimsə bunu edirsə, bunun bizə nə yardımı var? Milli musiqi mədəniyyətimiz, mahnı ifaçılığımız bərbad vəziyyətə salınır, dağılır. Bu kimi hallara dəstək olmaq, bunu təşkil edən maraqlar dövlət səviyyəsində aydınlaşdırılmalıdır. Hansı televiziyalar bunu təbliğ edirsə, arxasında hansı maraqlar durursa aydınlaşdırılmalıdır. Bir milləti biabır etmək üçün 10 dəqiqə vaxtını aldın, iki saat vaxtını aldın, nə dəxli var? Söhbət mahiyyət etibarilə, prinsip etibarilə o cür verilişlərin birdəfəlik yığışdırılmasından gedir. Hər şeyin alternativ nümunəsi var. Azərbaycanda yeni, normal ağsaqqal, ağbirçək, normal ailələr, böyük ifa mədəniyyəti olan, böyük bir nitq mədəniyyəti olan, böyük elmi olan elm, mədəniyyət, sənət xadimlərimiz yoxdur ki, sən ayrıca alternativ olaraq onlarla veriliş edə bilərsən? Millət görsün, bu da var və seçim şansı olsun, bu pisdir, bu yaxşıdır. Kütləvi surətdə əxlaqsızlıq, mənəviyyatsızlıq gecə-gündüz təbliğ edirsən, uşaq da, böyük də baxır. Hamı axı eyni şüurun sahibi deyil. Mənəviyyatsızlığı təbliğ edənləri güllələmək, edam etmək təklifində deyiləm. Gələcək nəsillərimizə nümunəvi faktorlar, epizodlar, verilişlər qoymaq lazımdır".

Xalq artisti dedi ki, bəzi verilişlərin vaxtının düşməsi fırıldaqdır, fikir yayındırmaqdır:

"Bu verilişlər kökündən dayandırılmalı, dayandırılmalıdır. Ciddi danışılası ziyalılarımız da var, görüləsi işlərimiz də var. Bunlar hamısı bərpa olunur. Reklam xatirinə millətin əxlaqını, mənəviyyatını, ideologiyasını, dövlətin siyasətini məhv edə bilmərik. Allahı çağırıb, qanunlarımıza sığınıb, bir-birimizə arxa olub. Küçəyə çıxa bilmirəm, yüzlərlə adam üstümə hücum edir ki, "ay Şeyx, ay ağsaqqal, bu televizyalar nə gündədir". , mən nəyləyim ki?Hamı məni düşmən gözündə görür,Allahın toy manisləri məni görəndə üzlərini döndərib, gedirlər.Gedib sənətləri ilə məşğul olmurlar.Ataların bir misalı var.Deyir ki,ağıllı fikirləşənə kimi,dəli vurub çayı keçir. gözləyən insanlar olur, bu istedadsızlar toy manisları pulun əldə hər iş görür. Birinci günah elə xalqın özündədir”.