Məscidül-Əqsada 150 min insan..
    • 30-03-2024, 21:45
    • 158

Məscidül-Əqsada 150 min insan..

Ramazan ayının üçüncü cümə günü İsrailin işğalı altında olan Şərqi Qüdsdəki Məscidül-Əqsada 150 min insan təravih namazı qılıb.

News24.az xəbər verir ki, Məscidül-Əqsaya ev sahibliyi edən "Eski Şehirin" tarixi dar küçələrində insanların tərahih namazına gəlməsi səbəbindən sıxlıq yaranıb.

Qeyd edək ki, İsrail polisi 7 oktyabr 2023-cü il tarixindən sonra fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verməyib. Həftələrlə sadəcə 5 min nəfərlik camaat cümə namazına gələ bilmişdi.

Günel Məlikzadə