Güclü ZƏLZƏLƏ OLDU: Dağıntılar...
    • 31-03-2024, 11:54
    • 469

Güclü ZƏLZƏLƏ OLDU: Dağıntılar...


Gürcüstanın qərbində ardıcıl iki zəlzələ baş verib.

News24.az bu barədə "News Georgia"ya istinadən xəbər verir.

Milli Seysmik Monitorinq Mərkəzinin yaydığı məlumata görə, Tiflis vaxtı ilə saat 17:44-də Raça bölgəsindəki Oni şəhərindən 10 km aralıda 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Bir neçə dəqiqə sonra, saat 17:50-də həmin ərazidə 4,2 bal gücündə yenidən zəlzələ baş verib. Birinci halda zəlzələnin ocağı 7 kilometr, ikincidə isə 10 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələ ki, məlumat yoxdur.