-
- 31-03-2024, 14:14
- 463
Marsla bağlı inanılmaz kəşf
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri Marsla bağlı gözlənilməz fakt aşkarlayıblar.
News24.az Publika.az-a istinadla xəbər verir ki, alimlər planetin dərhal susuzlaşmadığını, zamanla rütubət və quraqlıq dövrlərinin bir-birini əvəz etdiyini üzə çıxarıblar.
Belə ki, “Curiosity” roverinin ötürdüyü yeni məlumatlar Marsdakı süxurların tərkibi haqqında daha öncə məlum olmayan reallıqdan xəbər verib. Planetdə suyun buxarlanması zamanı tez-tez əmələ gələn sulfatlarla, duzlu minerallarla zəngin təbəqə aşkarlanıb. Bu isə Marsda həmin bölgədə bir neçə dəfə subasma olduğunu göstərir.