Naxçıvanda tikilidə yanğın oldu
    • 31-03-2024, 15:00
    • 68

Naxçıvanda tikilidə yanğın oldu


Naxçıvanda yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gömür kəndində ümumi sahəsi 70 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.