Coratda qəbirlər kanalizasiya suları altında QALDI - FOTO / VİDEO
    • 31-03-2024, 16:53
    • 1 089

Coratda qəbirlər kanalizasiya suları altında QALDI - FOTO / VİDEO


Sumqayıtda Corat qəbiristanlığından dəhşətli görüntülər yayılıb. 

News24.az bildirir ki, əzizlərini ziyarətə gələnlər acınacaqlı mənzərə ilə qarşılaşıblar. Bütün qəbiristanlıq kanalizasiya suları altında qalıb.

 Ziyarətə gələnlər şəxsi vəsaitləri hesabına əraziyə texnika cəlb edərək xoşagəlməz mənzərəni aradan qaldırmağa çalışır.