Yas mərasimində iki nəfər bıçaqlandı
    • 1-04-2024, 10:07
    • 186

Yas mərasimində iki nəfər bıçaqlandı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunun Hamamlı kəndində yas mərasimində bıçaqlanma olub.

News24.az APA-ya istinadən bildirir ki, insident ötən gün baş verib.

Məlumata görə, iki nəfər arasında şifahi mübahisə sonradan fiziki qarşıdurmaya çevrilib, nəticədə iki nəfərə bıçaqla xəsarətlər yetirilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, insidentlə əlaqədar 1 nəfər həbs edilib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (sağlamlığa qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.