"Rumıniya Azərbaycan üçün Avropaya əsas qapı sayıla bilər"
    • 1-04-2024, 12:02
    • 255

"Rumıniya Azərbaycan üçün Avropaya əsas qapı sayıla bilər"

Rumıniya Azərbaycan üçün Avropaya əsas qapı sayıla bilər.

News24.az xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja aprelin 1-də Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında deyib.

"Azərbaycan Rumıniya əlaqələri  bugünkü kimi güclü olmayıb. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan 2-ci ölkə olub. Bu yaxınlarda baş nazirimizin də Bakıya səfəri baş tutacaq. Rumıniya Azərbaycan üçün Avropaya əsas qapı sayıla bilər. Rumıniyanı Avropa bazarına çıxış nöqtəsi kimi də görə bilərsiniz”,- deyə nazir qeyd edib.

Mehriban