“Onlara “siçan” da düşmür, nəinki “şir””
    • 1-04-2024, 21:35
    • 193

“Onlara “siçan” da düşmür, nəinki “şir””

“Yaxşı meyxanaçının “TikTok”da nə işi var? Çıxıb orada “şir”, “pələng”, “heyvan” istəyənlər meyxana sənətinə xələl gətirənlərdir.

Onlara “siçan” da düşmür, nəiki “şir”…”

News24.az bildirir ki, bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış meyxanaçı İntiqam Rüstəmov deyib.

Sənətçi meyxanadan xəbəri olmayan, amma sosial şəbəkələrdə meydan sulayan meyxanaçıların bu sənətin imicinə xələl gətirdiklərini bildirib.