Yeniyetmələr 64 yaşlı əlil kişini döydülər
    • 2-04-2024, 08:51
    • 111

Yeniyetmələr 64 yaşlı əlil kişini döydülər

ABŞ-ın Vaşinqton ştatında 64 yaşlı əlil kişini döyərək ölümünə səbəb olan uşaqlar həbs edilib.

News24.az xəbər verir ki, oktyabrın 17-də Reggie Brown-u küçədə təqib etdikdən sonra onu döyən 12 yaşlı qız və iki 13 yaşlı qız "birinci" və "ikinci dərəcəli qətl" maddəsi ilə ittiham olunublar.

Hökm iclasında nümayiş olunan videoda uşaqların 64 yaşlı Braunu təpiklədiyi görüntülənib. Yarılma hesabatında Braunun küt kəllə-beyin travmasından öldüyü bildirilir.

Braunun cəsədi oktyabrın 17-də gecə saat 1 radələrində xiyabanda tapılıb. Uşaqlardan biri iddia edib ki, Braunu döymək istəməyiblər. Onları silahla tanımadığı bir şəxs hədələyərək bu hərəkətə məcbur edib.

Günel Məlikzadə