"Kral öldü, yaşasın yeni kral" - VİDEO
    • 2-04-2024, 11:25
    • 473

"Kral öldü, yaşasın yeni kral" - VİDEO

Bu gün AFFA-nın yeni prezidenti seçilib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, qurumun yeni rəhbəri AFFA-nın Növbəti Hesabat-Seçki Konfransında bəlli olub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf assosiasiyanın rəhbəri seçilib. O, AFFA-nın tarixində 4-cü prezidenti olub.

Seçimdən sonra AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayev çıxış edib.

"Haqqınızı halal edin. Hər şeyə görə, təşəkkür edirəm. AFFA kollektivinə, futbol ailəsinə minnətdarlıq bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı. Şükür Allaha, bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox. “Kral öldü”, yaşasın yeni kral".