Ramiz Novruzun oğlu ilə bağlı YENİ XƏBƏR
    • 2-04-2024, 12:32
    • 160

Ramiz Novruzun oğlu ilə bağlı YENİ XƏBƏR


Xalq artisti Ramiz Novruzun böyük oğlu Nəriman Novruz ikinci dəfə ailə qurmağa hazırlaşır. 

News24.az OLAY-a istinadla yazır ki, bu barədə onun qardaşı Cavidan Novruz məlumat yayıb. O, sosial şəbəkə hesabında anası ilə qardaşının görüntülərini paylaşaraq bu sözləri qeyd edib:

“Dostlar, bu gün anam Xoşavaz xanımın doğum günüdür. Nə qədər canımda can var hər zaman hər bir şeydə yanındayıq, ana. Sənə canımız qurban. Videoya sona kimi baxın, Nəriman Novruzun əsl üzünü görün. Yaxında ailə qurursan, artıq düzəl”.

Qeyd edək ki, N. Novruz Əzizə adlı xanımla evliliyini ötən aylarda bitirib. Əzizə ilə N. Novruzun bacısı Şəfəq Novruzun böyük qalmaqallı olmuşdu.