1500 evi su basdı
    • 2-04-2024, 15:30
    • 112

1500 evi su basdı

Qazaxıstanın 5 vilayətində güclü yağışlı qışdan sonra temperaturun artması səbəbindən qarın qəfil əriməsi nəticəsində yaranan daşqınlarla mübarizə davam edir.

 News24.az xəbər verir ki, Baş nazir Oljas Bektenovun başçılıq etdiyi kabinet sel gündəmi ilə bağlı görüşüb.

Havalar isindikcə ölkənin qərb, şimal, mərkəzi və şərq bölgələrində yeni daşqın dalğası gözlədiklərini ifadə edən Bektenov əlavə edib: 

Əriyən qarın yaratdığı sel nəticəsində 1500-ə yaxın evin su altında qaldığını deyən Bektenov bəzi rayonlarda nəqliyyat infrastrukturunun da zədələndiyini qeyd edib.

Günel Məlikzadə