İran: "İsraildən qisas alınacaq"
    • 2-04-2024, 15:45
    • 204

İran: "İsraildən qisas alınacaq"

İsrailin F-35 təyyarələri İranın Suriyadakı konsulluğunu 6 raketlə vurub. İranın paytaxt Dəməşqdəki səfirliyinin binasında yerləşən diplomatik nümayəndəlikdə olan 7 nəfər ölüb.

News24.az xəbər verir ki, ölənlər arasında İran İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli komandiri də var.

İran lideri Əli Xamneyi Suriyadakı hücuma görə İsraildən qisas alınacağını bildirib. Xamenei “İsrail buna peşman olacaq” deyib.

İran prezidenti İbrahim Rəisi “Hücum cavabsız qalmayacaq” deyib. 

Günel Məlikzadə