"Uşaqlar hepatit ilə mübarizə aparır"
    • 2-04-2024, 20:00
    • 205

"Uşaqlar hepatit ilə mübarizə aparır"

Qəzza zolağında şəxsi gigiyena, suyun olmaması, İsrail ordusunun həyat üçün lazım olan hər şeyə tətbiq etdiyi məhdudiyyətlər və sığınacaq mərkəzlərində sıxlıq səbəbindən xüsusilə uşaqlar arasında hepatit halları genişlənir.

News24.az xəbər verir ki, Fələstinli ata Əhməd ed-Daramlı da hepatit A-ya yoluxmuş və müharibə şəraitində lazımi müalicə, qayğı göstərə bilməyən 11 yaşlı oğlu Kərəmdən çox narahatdır.

Daramlı, səhiyyənin qeyri-kafi olmasına baxmayaraq, oğlunun sağalması üçün sıx səy göstərir.

Qəzza zolağının şimalında yaşayan, lakin hücumlar səbəbilə ailəsi ilə birlikdə bölgədəki sığınacaq mərkəzinə yaşamaq məcburiyyətində qalan fələstinli ata, Kemal Advan Xəstəxanasında müalicə olunan oğlunu müşayiət edir.

Günel Məlikzadə