Miller: Cənubi Qafqazda sülhə dəstəyi davam etdirəcəyik
    • 2-04-2024, 21:38
    • 133

Miller: Cənubi Qafqazda sülhə dəstəyi davam etdirəcəyik

“Rəsmi Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülhə dəstəyi davam etdirəcək”.

News24.az APA-ya istinadla bildirir ki, bunu ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bəyan edib.

O, bildirib ki, son vaxtlar Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyət sabit olaraq qalır.

Rəsmi nümayəndənin sözlərinə görə, regionda sülhə nail olunmasının yeganə yolu konstruktiv danışıqlardan keçir:

“Biz dəfələrlə bəyan etmişik ki, vəziyyətin eskalasiyası nə regionun, nə də tərəflərin maraqlarına cavab verir”.