Xocavənddə fəhlələri daşıyan maşın aşdı - 8 yaralı
    • 2-04-2024, 23:42
    • 1 403

Xocavənddə fəhlələri daşıyan maşın aşdı - 8 yaralı


Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, 8 nəfər yaralanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.