Xocalıda şirkət maşını dərəyə aşdı, yaralı var
    • 4-02-2023, 13:30
    • 128

Xocalıda şirkət maşını dərəyə aşdı, yaralı var

Bu gün Xocalı rayonunun Çanaqçı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan News24.az -a bildirilib ki, “Gədəbəy Sular” MMC-yə məxsus “Hyundai” markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakla bağlı araşdırma aparılır