İnsan beyninin ən aydın görüntüsü - FOTO
    • 3-04-2024, 09:08
    • 297

İnsan beyninin ən aydın görüntüsü - FOTO

CEA-nın verdiyi yazılı açıqlamada, "Iseult" adlı MRT cihazı ilə çəkilmiş beyin şəklinin 20 ildən çox davam edən araşdırma nəticəsində əldə edildiyi bildirilib.

News24.az xəbər verir ki, araşdırmalar çərçivəsində MRT cihazının son bir neçə ayda təxminən 20 sağlam könüllü üzərində sınaqdan keçirildiyi və ən aydın beyin görüntüsünün təxminən 4 dəqiqə ərzində əldə edildiyi ifadə edildi.

Açıqlamada qeyd olunub ki, 11.7 Tesla maqnit gücünə malik Iseult MRI aparatı ilə qısa müddətdə çəkilən görüntülər xəstəxanalarda çox istifadə edilən cihazlarla əldə etmək saatlar çəkə bilər.

Qeyd edək ki, Iseult MRT cihazı ilə əldə edilən ultra detallı anatomik məlumatların Alzheimer və Parkinson kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi gözlənilir.

Günel Məlikzadə