Mayda əfv gözlənilir - Komissiya ilk iclasa toplaşır
    • 3-04-2024, 10:54
    • 134

Mayda əfv gözlənilir - Komissiya ilk iclasa toplaşır

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

News24.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasda Komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

Qeyd edək ki, 28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım kimi Əfv Sərəncamının imzalanacağı gözlənilir.