Azərbaycanda “Facebook“a maraq azalıb
    • 3-04-2024, 12:05
    • 119

Azərbaycanda “Facebook“a maraq azalıb

Cari ilin fevralı ilə müqayisədə ötən ay Azərbaycanda “Facebook”dan istifadə azalıb.

News24.az “APA-Economics”ə istinadla xəbər verir ki, cari ilin fevral ayında Azərbaycanda “Facebook”dan isitfadə edənlər 64.44 % təşkil edibsə, ötən ay bu rəqəm 62.15% olub.

Nəticədə bir ay ərzində “Facebook”dan istifadədə 3.5 % azalma qeydə alınıb. Ötən ilin mart ayı ilə müqayisədə isə “Facebook”dan istifadədə 7.8 % azalma qeydə alınıb.