Bakıda marketdən alınan "toy box"dan SİQARET ÇIXDI
    • 3-04-2024, 13:09
    • 135

Bakıda marketdən alınan "toy box"dan SİQARET ÇIXDI

Paytaxtda yerləşən "Bizim Market"dən alınan "toy box"un içərisindən siqaret çıxıb.

News24.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Şikayətçi bildirib ki, əvvəlcə oyuncaq olduğunu düşünsə də, sonra siqaret olduğunun fərqinə varıb:

"Uşağa "toy box" almışıq, içindən siqaret çıxıb. Əvvəlcə əsəbləşdim ki, gör nə oyuncaq qoyublar. Sonra iyinden tütün olduğunu anladım. Evdəki siqaret ilə müqayisə edəndə siqaret olduğunun fərqinə vardım. Əhmədli bizim marketden alınıb".

İddialarla bağlı "Bizim Market"lə əlaqə saxlamağa cəhd etsək də, zənglərimiz cavabsız qaldı.