Poroşenko yenidən prezident olmaq istədiyini AÇIQLADI
    • 3-04-2024, 15:22
    • 141

Poroşenko yenidən prezident olmaq istədiyini AÇIQLADI


Ukraynanın keçmiş dövlət başçısı Pyotr Poroşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə o, “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Növbəti seçkilərdə iştirak etməyi planlaşdırırsınızmı deyə soruşsanız, bəli deyəcəm”, - o bildirib.

Poroşenkonun sözlərinə görə, seçkilərin keçirilməsi üçün Kiyev hərbi əməliyyatlarda uğur qazanmalıdır.

Sabiq prezident həmçinin bildirib ki, Ukrayna Aİ-yə daxil olarsa, Avropa Parlamentinə seçkilərdə iştirak edəcək.