İran: "İsrailə ölümcül vuracağıq"
    • 3-04-2024, 20:00
    • 171

İran: "İsrailə ölümcül vuracağıq"

İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü, briqada generalı Ramazan Şərif “tezliklə İsrailə ölümcül zərbələr endirəcəklərini” iddia edib.

News24.az xəbər verir ki, briqada generalı Şərif paytaxt Tehranda keçirdiyi mətbuat konfransında İranın Dəməşqdəki konsulluq binasına edilən hücuma toxunub.

İsrailin son məğlubiyyətlərinə görə İnqilab Keşikçiləri Ordusu komandirlərindən qisas almağa çalışdığını deyən Şərif əlavə edib: “Onlar heç bir yerə çata bilməyəcəklər. Bu hərəkətlərlə əsgərlərimizin motivasiyası ikiqat artacaq. İnşallah tezliklə sionist rejimə daha ölümcül zərbələrin şahidi olacaqsınız”.

Günel Məlikzadə