Yəhudilərlə ermənilər arasında qarşıdurma
    • 3-04-2024, 17:56
    • 135

Yəhudilərlə ermənilər arasında qarşıdurma

İsraildə yəhudilər polisin müşayiəti ilə ermənilərin yaşadığı “İnəklər bağı” məhəlləsinə daxil olaraq hasarları dağıdıblar.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, əvvəllər də həmin əraziyə nəzarət uğrunda toqquşmalar baş verib.

İnsidentlə əlaqədar İsrailin erməni icmasının təmsilçiləri etiraz aksiyaları keçiriblər.

Xatırladaq ki, Yerusəlimdəki erməni patriarxı bu ərazinin satılması ilə bağlı əvvəl əldə olunmuş razılaşmanı ləğv etmişdi.

Mehriban Mirzəzadə