Rusiyadan Fransaya xəbərdarlıq
    • 4-04-2024, 10:15
    • 126

Rusiyadan Fransaya xəbərdarlıq

Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastyan Lekornuya Ukraynaya qoşun yeridəcəkləri təqdirdə Fransa üçün problem yaradacağı ilə bağlı xəbərdarlıq edib.

News24.az xəbər verir ki, Şoyqunun Fransa tərəfinin “israrlı tələbi” ilə Lekornuyla telefon danışığı apardığı bildirilib.

Qeyd edək ki, Lekornu Moskvada "Crocus Hall City" konsert salonunda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Lecornu məsuliyyəti (terror təşkilatı) DAEŞ-in üzərinə atıb. İsrarla Rusiyanı terror aktında Ukrayna və Qərb ölkələrinin iştirak etmədiklərinə inandırmağa çalışıb. 

Günel Məlikzadə